İsrail işğal mediasının məlumatına görə, Xan Yunisdə bir bina çökərək, binanın içərisində qalan çox sayda İsrail əsgəri dağıntılar altında qalıb.
Hadisə ilə bağlı ətraflı məlumat hələlik paylaşılmayıb. Lakin İsrail mediası hadisələri “Qəzzada ciddi təhlükəsizlik hadisəsi” kimi qiymətləndirib. Məlumatlara görə, “Xan Yunisdə təhlükəsizlik hadisəsi zamanı bir qrup İsrail əsgəri binanın onların üzərinə çökməsi nəticəsində dağıntılar altında qalıb”.
Hadisənin hələ də davam etdiyi və yaralı əsgərlərin təxliyəsi üçün bölgəyə xilasedici helikopterlərin göndərildiyi də bildirilib.
Bəzi mənbələrə görə, İsrail ordusunun xilasetmə birliyi çökmüş binada qapalı qalan əsgərləri xilas etməyə çalışarkən fələstinli müqavimət döyüşçülərinin atəşinə məruz qalıb.
İsrail əsgərləri özlərinin vurduğu çökən binanın altında qaldılar