Siyasi təzyiq elə bir formaya gətirilib ki, bunun həlli yolu ciddi addımlar atılmadan mümkün görünmür. Məngənəyə salınmış azadlıqlar mümkün hər vəziyyətdə kütləni qorxu, düşünən beyinlərini isə həbsxana divarları arasında məhkum edib. Nəhayətdə buna etiraz, hər şey məhv olmadan dayandırma fürsətini tanımaq lazımdır.
Artıq sayları 300 üzərində olan siyasi, bu mənzərəni ifadə edən çoxsaylı məhbuslar dünyaya açılan pəncərə olaraq ölkənin hansı duruma düşdüyünə bariz nümunədir. Acınacaqlısı isə dayanmadan sərtləşən hüquq insitutunun sıradan çıxarılması bu gedişin daha dəhşətli bir sabahını sərgiləməkdə israrlıdır.
Mühacirət həyatı yaşayan soydaşlarımızın aprelin 26-da Avropada ölkəmizin acınacaqlı vəziyyətini dünyaya çatdırmaq və Milli Şuranın bu sırada günahsız məhbusların səsi olaraq insanlığa səslənmək üçün atdığı addım-etiraz aksiyası milyonların səsi olaraq meydanlara gəlir. Yüzlərlə günahsızların məhkum olduğu həbsxananı onların məzarı, minlərlə məsum körpənin valideyn acısı ilə məhrum vəziyyətinə etiraz hər bir Azərbayvcan vətəndaşının insanlıq borcudur.
Xalqın azadlığını həbsxanalara, arzularını buxova, ümidlərini məzara məhkum edənlərə etiraz səsimizi ucaldır və günahsız məhkumların azadlığını rejimdən tələb edirik.
MBH siyasi məhbusların azadlığı üçün elan edilən aksiyalara dəstək nümayiş etdirdi