Qəzza müharibəsi başlayandan bəri 10 min yəhudi Yunanıstana köçüb

İsrail mediasının xəbərinə əsasən, rejimin Qəzzəyə qarşı müharibəsinin başlamasından bu yana 10 minə yaxın sionist yerləşimci işğal olunmuş əraziləri tərk edərək Yunanıstana köçüblər; səbəblər isə, təhlükəsizlik narahatlıqlarından tutmuş, kabinetin siyasətindən narazılığa qədər müxtəlif və fərqlidir.

“İsrail Hayom” qəzeti ötən həftə apardığı araşdırmanın nəticələrini dərc edib və qeyd edib ki, sionist rejimin 2023-cü ilin oktyabrında Qəzza zolağına təcavüzünün başlamasından bu yana 10 minə yaxın sionist yerləşimci işğal olunmuş əraziləri tərk edərək Yunanıstana köçüb.

Hesabata əsasən, sionist yerləşimcilərin çoxu qısamüddətli müqavilələr və eləcə də uzun müddətli icarə ilə kirayə evlərdə məskunlaşıblar; bəziləri Yunanıstanda mülk də alıblar.

Tədqiqat əlavə edir ki, miqrantların əksəriyyəti Yunanıstanın böyük şəhərlərində, o cümlədən Afina və Salonikidə yaşayır, daha az hissəsi isə Attika, Pelion, Siklad adaları və Krit kimi ətraf ərazilərdə məskunlaşıb.

Bu araşdırmanın nəticələrinə görə, bu qrupun miqrasiyasının əsas səbəbi müharibənin yaratdığı təhlükəsiz vəziyyəti ilə bağlı narahatlıqlar olub, lakin bəzi respondentlər işğal olunmuş əraziləri tərk etmək üçün digər səbəb kimi Netanyahu kabinetinin daxili siyasətlərinə qarşı çıxmasını da göstəriblər.