"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamovanın üç gündür aclıq aksiyası keçirdikləri bildirilir. Bu barədə onların yaxınları məlumat verib.
Bildirilib ki, onlar bu qərarı "AbzasMedia"nın direktoru, Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürüldükdən sonra aclıq aksiyasına başlayan Ülvi Həsənliyə dəstək olaraq veriblər.
"Ülvi Həsənlinin qanunsuz olaraq Umbakı həbsxanasına köçürülməsinə etiraz edirlər. Onun Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər. Onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb", - yaxınları qeyd edib.
Yaxınları habelə deyir ki, jurnalistlər S.Vaqifqızı və E.Qasımova aclıq aksiyası ilə bağlı telefon zəngində ailələrinə məlumat verən kimi zəng kəsilib.
Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "AbzasMedia işi" üzrə həbs olunanlar barəsində 7-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxarılmış jurnalistlərdən bəziləri (o cümlədən AzadlıqRadiosunun jurnalisti Fərid Mehralizadə) saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürülüblər.
AzadlıqRadiosu
Ülvi Həsənli aclıq aksiyası keçirdiyini deyib
"AbzasMedia"nın direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə o, iyunun 30-da yaxınları ilə telefon danışığında məlumat verib.
Yaxınlarının sözlərinə görə, Həsənli bildirib ki, beş gündür aclıq aksiyası edir.
"Ülvinin səsi çox pis gəlirdi. Dedi ki, beş gündür aclıq edir. Ona heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib", - Ü.Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib.
Jurnalistin xanımı əlavə edib ki, Ülviyə balaca körpələrinin olmasına baxmayaraq, ailəsiylə görüşə icazə verilməyəcəyi bildirilib, səbəb kimi də rəsmi nikahlarının olmaması göstərilib.
R.Quliyevanın dediyinə görə, Həsənliyə həbsxanaya köçürüləndən heç bir şəxsi əşyası verilməyib, beş gündür geyimini belə dəyişməyib.
Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın iki gündür aclıq aksiyası keçirdikləri bildirilir