Beyrutda şəhidlər Seyid Nəsrullah və Haşim Səfiyuddin üçün dəfn mərasimi keçirilir

İsrailin həyata keçirdiyi hücumda şəhid olan Hizbullahın keçmiş rəhbərləri Seyid Həsən Nəsrullah və Haşim Səfiyuddin üçün dəfn mərasimi keçirilir.

Dəfn mərasiminə 65 ölkədən rəsmi şəxslər, regional və beynəlxalq xadimlər qatılıb.

Şəhid Nəsrullahın dəfn mərasimi günorta saatlarında keçirilsə də, Livan vətəndaşları bu gün səhər saatlarından böyük həyəcanla Kamil Şamun stadionuna gediblər.

Hal-hazırda şəhidlər Seyid Həsən Nəsrullah və Haşim Səfiyuddin üçün dəfn təşkil edilən mərasiminin keçirildiyi ərazidə tarixi izdiham yaşanmaqdadır.

On minlərlə insan isə yürüş edərək qeyd edilən əraziyə istiqamət alıb. Mərasim canlı olaraq televiziya kanalları ilə dünyaya yayımlanır.