Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəməsi davam edir.
Fevralın 18-də keçirilən iclasında dövlət ittihamçısı çıxış edərək ona qarşı irəli sürülmüş ittihamın məhkəmədə sübuta yetirildiyini bildirərək 7 illik həbs cəzası tələb edib.
Bu iş üzrə hazırlıq iclasında hakim təsqirləndirilən şəxsə bildirmişdi ki, təqsiri sübuta yetirilsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.
Möhyəddin Orucovsa özünü təqsirli bilmir.
İctimai fəal Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.
M.Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
ToplumTV
Dövlət ittihamçısı Möhyəddin Orucova 7 illik həbs cəzası tələb edib