Rusiyanın Suriyadakı bazasına naməlum dron hücumu olub

Suriyanın Latakiya vilayətində yerləşən Rusiya hərbi bazası Xmeymim naməlum dronlar tərəfindən hücuma məruz qalıb.

Bu barədə UNİAN məlumat yayıb.

Suriya KİV-lərin məlumatına görə, Xmeymim üzərində gecə saatlarında naməlum uçuş aparatları məhv edilib. 

Rəsmi olaraq, Rusiyanın hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə məlumat hələ ki, təsdiqlənməyib.