Qəzzada Vəqf və Dini İşlər Nazirliyi Qəzza zolağında 1244 məsciddən 1109-nun İsrailin hücumları nəticəsində dağıdıldığını açıqlayıb.
Ərəb mediasının məlumatına görə, nazirlik rəsmisi Qəzzada Öməri məscidi qarşısında mətbuat konfransı keçirərək şəhərdəki vəqflərin vəziyyəti ilə bağlı açıqlamalar verib.
Rəsmi şəxsin verdiyi məlumata görə, Qəzzada məscidlərin 89 faizi dağıdılıb. 834 məscid tamamilə xarabalığa çevrildiyi halda, 275 məscid yararsız hala salınıb.
Hücumlar nəticəsində Qəzzada dini və inzibati mərkəzlərə, vəqf mülklərinə, türbələrə və məscidlərə ciddi ziyan dəydiyi, ümumi maddi itkilərin 500 milyon dolları keçdiyi bildirilib.
Açıqlamada İsrail ordusunun məscidlərlə bərabər 3 kilsəni də dağıtdığı bildirilib.
İsrail Qəzzada 1244 məscid və 3 kilsəni dağıdıb