Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş Milli Televiziya və Radio Şurasının 2010-cu ildə “Obyektiv Radio”ya yayım hüququ verməkdən imtina edərkən ifadə azadlığının pozulduğunu müəyyən edib.
“Obyektiv Televiziya və Radio Yayım Şirkəti və başqaları Azərbaycana qarşı” işinin detallarına görə, ərizəçilər – “Obyektiv Radio” və onun təsisçiləri Mehman Əliyev və Emin Hüseynov, habelə “Alternativ Radio”nun təsisçisi Rəsul Cəfərov 2010-cu ildə 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderə qatılıblar.
Keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi tenderin qalibi isə “Golden Prince” şirkəti elan olunur. İşin hallarında qeyd edilir ki, sonradan bu şirkətin keçmiş dövlət məmuru Əli Həsənova bağlı olduğu ortaya çıxarılıb.
Tenderin nəticələri ilə razılaşmayan ərizəçilər yerli məhkəmələr qarşısında MTRŞ-nin “inhisarçı” və müstəqil mediaya qarşı qərəzli yanaşmasını, bir sıra digər pozuntuları əsas gətirərək nəticələrin ləğvini tələb etsələr də, onların şikayətləri təmin edilməyib.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsaslanan ərizəçilər Strasburq Məhkəməsin qarşısında iddia ediblər ki, MTRŞ-nin qərarı onların ifadə azadlığına özbaşına müdaxilə təşkil edib. Onlar bunu “qüsurlu prosedur”, “şəffaflıq və məntiqi əsaslandırmanın” olmaması ilə əlaqələndiriblər.
Məhkəmə işinin kommunikasiyası zamanı Rəsul Cəfərov və hökumət dostca razılaşma əldə ediblər. Razılaşmaya əsasən, Cəfərov ərizəsini geri götürməyi, hökumət isə ona 3 min avro kompensasiya ödəməyi öhdəsinə götürüb.
Digər ərizəçilər, “Obyektiv Radio” və təsisçiləri Mehman Əliyev və Emin Hüseynov isə şikayətlərini davam etdiriblər. Onları məhkəmə qarşısında vəkil Rəşid Hacılı təmsil edib.
Avropa Məhkəməsi bu gün açıqladığı qərarında ərizəçilərə münasibətdə ifadə azadlığının pozuntusunu tanıyıb.
Məhkəmə qərarında MTRŞ-nin prosedurları ilə bağlı problemlərini, o cümlədən əsaslandırılmış qərarın olmaması, maraqların toqquşması və ifadə azadlığına özbaşına müdaxilələrdən adekvat müdafiənin təmin olunmamasını qeyd edib.
Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərərə görə 4500 avro, xərclərə görə 2 min avro məbləğində kompensasiya ödəməli olacaq.
Hökumət mülkiyyət hüququnun pozuntusa görə 16 min avro cərimələnib
Avropa Məhkəməsi çərşənbə axşamı ümumilikdə 21 ərizənin yer aldığı “Ələsgərov və başqaları Azərbaycana qarşı” işi üzrə də yekun qərarını elan edib.
AİHM-nin Azərbaycanla bağlı qərarlarını monitorinq edən aihmaz.org saytı məlumat verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan 5 ailəyə məxsus əmlaklar – evlər, mənzillər, torpaq, qeyri-yaşayış sahələri dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilmiş və tikililər sökülmüşdü.
Özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün ərizəçilərin bəzilərinə müəyyən məbləğdə pul ödənilmiş və ya başqa əmlak verilmişdi.
Ərizəçilər Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət, 6-cı və 13-cü maddələrlə qorunan ədalətli məhkəmə araşdırması, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.
Bəzi ərizəçilər fərdi şikayət hüququnun pozuntusuna məruz qaldıqlarını da iddia edirdilər. Beləki onların hüquqi təmsilçisi həbs edilərkən, həmin vaxt onun ofisində axtarış aparılmış və məhkəmə işinə aid sənədlər götürülmüşdü.
AİHM hələ 2022-ci ildə ərizəçilərə münasibətdə (Ələsgər Ələsgərov, Züleyxa Ələsgərova, Bəxtiyar Ələsgərov, Kəmalə Ələsgərova, Kamran Ələsgərov, Eldar Bayramov, Tağı Bayramov, Afət Bayramova, Sultan Qədirov, Züleyxa Qədirova, Arzu Qədirova, Əsəd Qədirov, Fəridə Qədirova, Hağı Nağıyev, Hidayət Nağıyev, Sona Nağıyeva, Lalə Nağıyeva, Aydın Ramazanov, Kifayət Cəfərova, Ceyran Ramazanova, Taleyə Ramazanova, Aynur Ramazanova) mülkiyyət hüquqlarının pozulmasına qərar vermişdi.
Həmin vaxt ərizəçilərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını ifadə edən AİHM Azərbaycan hökumətindən yazılı təqdimat istəmişdi.
Bu gün elan edilən qərar isə ərizəçilər üçün müəyyən edilən təmzinatlarla bağlıdır.
Qərara əsasən, hökumət Ələsgərov, Qədirov, Nağıyev və Ramazanov ailəsinə 3300, Bayramovlara isə 3200 mənəvi zərər və xərclər əvəzi ödəməlidir.
Avropa Məhkəməsi “Obyektiv Radio”ya yayım lizenziyasının verilməməsini ifadə azadlığının pozuntusu kimi qiymətləndirib