“Təsnim” təfsirinin təqdimat mərasimi keçiriləcək

Ayətullah Cavadi Amuli Təsnimin Təfsiri üzrə Beynəlxalq Konfransın Siyasət Şurasının üzvləri ilə görüşündə Qurani-Kərimin uca məqamına toxunaraq deyib: Qurani-Kərim elm mənbəyidir və bütün cəhalət və şübhələrə cavab verib.

Amuli Təsnim təfsirinin heç şübhəsiz hövzə məhsulu olduğunu bildirib və deyib: Əgər elm hövzəsi bir iş görmək istəsə, bunun üçün o qüdrətlidir və böyük elmi uğurlar qazana bilər.

“Quran mütləq şəfadır, Allah buyurur: “Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan şeylər nazil edirik”. Əgər bu yolda bizə bir nemət verilmişsə, hamısı Allahdandır: “Sizə nəsib olan nemətlər Allahdandır”.

Quran və Əhli-beyt (ə) məsum və pakdır, kövsərdir. Şəffaf bir bulaq kimi axar və fərdlərə, cəmiyyətə bərəkət gətirir. Quran bütün şübhələrə, o cümlədən elmi cəhalət və əməli cəhalətlə bağlı şübhələrə cavab verir. Bu Kövsər üçün hamımız Ona minnətdarıq.”

Ayətullah Cavadi Amuli çıxışının davamında Təsnim təfsirinin məqamına və bu təfsirdə elm hövzənin roluna diqqət çəkərək deyib: “Şübhəsiz ki, Təsnim təfsiri hövzə məhsuludur. Bu əsəri ərsəyə gətirmək üçün dörd nəsil alimlərin qırx il zəhmət çəkməsi mədrəsənin böyüklüyünü və imkanlarını ortaya qoyur. Bu təfsir mədrəsənin işinin doxsan faizini təşkil edir və bu fakt mədrəsənin əzəmətini və şərəfini açıq şəkildə ortaya qoyur.”

İclasda ölkə üzrə dini təhsil mərkəzlərinin direktoru və Beynəlxalq Təsnim Təfsiri Konfransının prezidenti Ayətullah Ərafi konfransın təşkili prosesi ilə bağlı məruzə edib.

Ayətullah Cavadi Amulinin Təsnim təfsirinin təqdimat konfransı martın 26-da Qumdakı Darüş Şifa məktəbində keçiriləcək. Bu konfransda 80 cild Təsnim təfsiri və 20 cildlik tematik Quran təfsiri təqdim ediləcək.