Müqavmət Şəhidlərinin dəfninə İsrailin reaksiyası

Müqavmət şəhidləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfuyəddinin dəfn mərasimləri elan edilən andan İsrailin ritorik çıxışları, ardınca isə atəşkəs şərtlərini pozaraq Livan ərazisinə müdaxiləsi aktivləşib. Hətta İsrail qoşunlarının Livanı tərk edəcəyi tarix belə İsrail rəsmiləri tərəfindən müxtəlif bəhanələrlə uzadılmağa başlanılıb. Bunun səbəbləri əlbəttə ki, İsrailin Hizbullah barəsində ümidsizləşdirici addımları, hərəkatın “zəiflənərək parçalanması” ilə bağlı təbliğatının fonunda heç də arzulanan olmamasıdır.

İsrailin Qəzzada amansız bombardmanına etiraz edən Hizbullah 2023-cü ilin oktyabrında, müharibənin başlanmasından günlər sonra etiraz olaraq Qəzzanın müdafiəsinə qalxmışdı. Bu müdaxilə Amerika və İsrail müttəfiqliyində ciddi narahatlıq yaratmış və nəticədə hazırlanan terror cəhdlərinin uğursuzluğa uğramasından sonra Amerika 80 ton ağırlığı və yerin onlarla metr dərinliklərini dərən raketlərlə İsraili silahlandırıb koordinasiya edərək, ötən ilin 27 sentyabrında Hizbullah lideri Seyyid Həsən Nəsrullahı şəhid etdi. Bir həftə sonra isə bu siyahıya yeni təyin edilən rəhbər Seyid Haşim Səfuyəddin də əlavə edildi.

İsrail liderlərin öldürülməsini hərəkatın daxili sarsıntısı kimi dəyərləndirərək, yeni başçının seçilmə müddətini fürsət bilərək Hizbullaha aid mümkün əraziləri, yaşayış komplekslərini, kənd və qəsəbələri bombaladı. O, livan xalqına onların böyük ümid yeri olaraq gördükləri Hizbullahın “məhv edilmə” təsəvvürünü aşılamaq üçün Livan daxilində bu istiqamətdə cəsus qüvvələri də yeritməyi yubatmadı.

Əlbəttə, İsrail bu vəziyyəti öz xeyrinə gizlədərək mümkün durumu qələbə kimi qeyd etməyə çalışsa da, Hizbullahın durmadan İsraili raket yağışına tutması qalib simanı qorumaqla qarşı tərəfi sülhə məcbur etdi. İsrail rəsmisi Yoav Qalant Livandan İsrailə bir il ərzində 14 min raketin atıldığını etiraf etməsi, əslində, məlum raket hücumunun dəfələrlə böyük olmasından xəbər verirdi. BMT tərəf olaraq ötən ilin 27 noyabrında Hizbullah və İsrail arasında sülh imzaladı.

Bundan sonra İsrail Hizbullaha yardımın gələ bilmə ehtimalı olan yeganə quru sərhədi, Suriya ərazisinə hücum edərək bağladı. Bu, İsrailin Hizbullah üzərində tam qələbə elan etməsi üçün əsas nöqtə sayıla bilərdi. Livan dövlətinə müdaxilə, Hizbullahın tərkisilah edilməsi müqabilində vədlər və hazırkı Hizbullahın heç bir gücə malik olmadığı fikri aşılanarkən gözlənilmədən hərəkat öz liderlərinə anım-dəfn mərasimini dünyaya elan edir.

Birmənalıdır ki, bu, iki müttəfiq - Amerika və İsrailin dərin narahatlığına səbəb olmaya bilməz. Axı artıq dünya mediasının tirajladığı Hizbullan “çöküşü” birdən-birə qüdrət nümayiş etdirərsə, bu yalanlar fiaskoya uğrayacaq. Belə olan halda hansısa təcili qabaqlayıcı addımların atılması zəruridir.

Vaxt artıq sürətlə məhdudlaşır. Livan Müqavmət Liderlərinin anım mərasimini keçirmək üçün tam hazırdır. Fevralın 23-ü səhərdən başlayacaq anım mərasimi canlı olaraq dünya telekanalları ilə nümayiş etdiriləcək. Demək, deyildiyi kimi, Hizbullah məhv olaraq oyundan çıxarılmayıb. O, bütün gərginliklərin qaynadığı düz yaxın şərqin göbəyində, Livanın paytaxtı Beyrutda minlərlə insanı bir araya toplamağa israrlıdır.

Məsələyə İsrailin reaksiyası Livana uçuşların məhdudlaşdırılmasından sonra ötən gün Təl-Əvivdə boş avtobuslarına bomba qoyulması şousuna qədər nəyi bacarırsa, edir. Lakin görünən budur ki, bu dəfə də media oyununda Amerika dəstəyini alan İsrail Fələstin soyqırımı ilə əsil siması ortaya qoyulduğu kimi, Müqavmət şəhidlərinin dəfni ilə də eyni zərbəni almış olacaq.