Bakıda mövlud mərasimi keçirilib

İmam Zamanın (ə.f) mübarək mövludu münasibətilə Azərbaycanda tədbirlərin keçirilməsi davam edib.

Belə bir mərasim yalnız xanımların iştirakı ilə gerçəkləşib. Möhtəşəm mərasim İmam Zamanın (ə.f.) zühuruna zəmin yaradacaq addımlar və bu günün gəncliyindən tələb olunan məsuliyyətin əhəmiyyətini mərasim iştirakçılarına çatdırmaqla başlayıb. Ardıca şeyir və surudlar oxunub, müsabiqələr keçirilib və qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Mərasimin gözəlliyinə rəng qatan azyaşlı fidanların tədbirdə iştirak etməsi olub.