Əl-Nəhreyn Universitetində Quran tədbiri keçirilib

İraqın Əl-Nəhreyn Universitetində “Universitetlərdə Quranın səsi” proqramı keçirilib.

Tədbirin təşkilatçısı İmam Hüseyn (ə) Hərəminin nəzdində fəaliyyət göstərən Darul-Quran qurumudur.

İmam Hüseyn (ə) Mədəniyyət Həftəsi çərçivəsində keçirilən proqrama bir qrup tələbə və Hərəm qariləri qatılıb.

Tədbir çərçivəsində “Qurani-Kərimin sünnələri” adlı seminar da keçirilib.

Sonda Quran müsabiqəsi keçirilib, iştirakçıların sualları cavablandırılıb.