Almaniyada Diyanət İşləri üzrə Türk-İslam Birliyinə (DİTİB) bağlı məscidlərdən birinin atılan daşlarla zədələndiyi, digərində isə ksenofob, irqçi və ifrat sağçı şüarlar və svastikaların çəkildiyi bildirilib.
Şimali Reyn-Vestfaliya əyalətinin Vikede şəhərindəki DİTİB Anadolu məscidinə təxribat iki gün əvvəl naməlum şəxslər tərəfindən edildiyi açıqlanıb.
DİTİB-dən verilən açıqlamada, daşla edilən hücum nəticəsində məscidin giriş qapısının zədələndiyi bildirilib.
Fevralın 15-də Hessen əyalətinin Sulzbax şəhərindəki DİTİB məscidinin çöl hissəsində ksenofob, irqçi və ifrat sağçı şüarların və svastikanın çəkildiyi bildirilir.
Açıqlamada hər iki hadisə ilə bağlı polisə müraciət edildiyi və polisin araşdırmalara başladığı bildirilib.
DİTİB-in verdiyi yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Məscidlərə hücumlar tək baş verən hadisə deyil. Bu, müsəlmanlara qarşı irqçiliyin ifadəsidir və qorxu yaymaq məqsədi daşıyır. Bu cür hərəkətlər diqqətdən kənarda qalmamalıdır. Hər cür nifrət və zorakılığa qarşı aydın mövqe nümayiş etdirilməlidir”.
Almaniyada məscidlərə qarşı iyrənc hücum