Əli Əsədov İrana işgüzar səfər edib

Bu gün Baş nazir Əli Əsədov İran İslam Respublikasına işgüzar səfər edib.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Tehranın Mehrabad hava limanında Əli Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Əli Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.