Pakistanda terror hücumu: Ölənlər və yaralılar var

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlı qrupun hücumu nəticəsində azı 7 nəfər ölüb.

Reuters-in məlumatına görə, hücumçular Lahor istiqamətində hərəkət edən avtobusu hədəf alaraq, onu Barhan bölgəsində saxlayıblar və 40-a yaxın silahlı şəxs avtobusdan 7 sərnişini çıxarıb onlara atəş açmadan əvvəl sərnişinlərin şəxsiyyətini yoxlayıb.

Məlumdur ki, Bəlucistan bölgəsi uzun illərdir qiyamçı qrupların və terror fəaliyyətlərinin mərkəzinə çevrilib.

Bəlucistan bölgəsinin digər rəsmisi Xadim Hüseyn hadisənin Bərhan və Dera Qazi Xan arasındakı əsas magistral yolda baş verdiyini bildirib. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib və hücumun motivləri barədə məlumat yoxdur.

Hücum Pakistanda mədən işçisinin avtomobilinə edilən növbəti bombalı hücumdan bir gün sonra baş verib, nəticədə 11 nəfər ölüb, 6 nəfər yaralanıb.