ABŞ Suriyaya bomba atdı!

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ döyüş təyyarələrinin Suriyada əməliyyat keçirdiyini açıqlayıb.

CENTCOM-un yazılı açıqlamasında deyilir: “CENTCOM qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava hücumu həyata keçirərək, Əl-Qaidə ilə əlaqəli Hurasəddin terror təşkilatının yüksək rütbəli maliyyə və logistika rəsmisini hədəfə alaraq öldürülüb.”