13 yanvar! Artıq 10-cu ildir ki, sizinlə bu tarixdə hesabat görüşümüz olur. Əlbəttə, bu təsadüfi deyil. Bu tarix Müsəlman Birliyi Hərəkatının yaranması günüdür. Düz on il öncə, 2015-ci ilin 13 yanvarında hərəkat ilk addımı ilə fəaliyyətə başladı.
Bu tarixdən günümüzə qədər olan müddətin acılı şirinli günləri elə sizlərin gözləri önündə yaşanıb.
Bu dəfə də dəyərlərimizə sədaqət nümayiş etdirib 2024-cü ildə hərəkatın yaşadığı hadisələri bir daha çevirmək, dünənə qısa nəzər salmaq istədik. Geridə qoyduğumuz ildə ötən illərdən çox da fərqli olmadı. Yenə təzyiqlər, həbs və işgəncələr bu ilin hadisələri içində üstünlük təşkil etdi.
Ötən ilin həbs sıralamasında hərəkatın həbs olunan üzvülərinin ümumi sayı 80 nəfərə yüksəldi. Onlardan 4 şəxs həbs müddətini başa vurub azadlığa qovuşma səbəbindən 2024-cü ilin yekunlarına 76 MBH üzvü həbs həyatına məhkum edilib. Onlar Beynəlxalq təşkilatlar tərəfindən vicdan-siyasi məhbus olaraq tanınırlar.
2024-cü ildə 12 MBH üzvü saxlanıldı ki, onlardan 5 nəfərə hökm oxundu, 7 nəfər hərəkat üzvü isə hələ də istintaq və məhkəmə dövrünü yaşayır. Ümumilikdə 2023-24-cü illərdə həbs olunan hərəkat üzvülərinin 2024-cü ildə yekunlaşan məhkəmələri onlar barəsində 147 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verdi. Aylar üzrə göstəricilər isə aşağıdakı kimi sıralandı.
Fevral ayında Ələkbər Sadıqov 4 il, Elvin Quliyev 5 il, Azad Kərimov 3 il 6 ay, Tural Vəliyev 4 il 3 ay, Şahin Qədirli, Elşən Rəhimov, Yasin Əhmədov hər biri 3 il azadlıqdan məhrum edildi. Məhkəmə Ceyhun Balaşovun beynində işgəncədən yaranan şiş səbəbinə görə onun barəsində 4 il müddətinə ev dustaqlığı qərarını seçdi. Fevral ayında 2 hərəkat üzvü Amil Bilalov və Ceyhun Hacıyev də saxlanıldı.
Mart ayında Qarabağ Qazisi Alik Aslanov 1 il 6 ay, Şamil Abdulləliyev, Səbuhi Nəcəfovun hər biri 3 il, Rüfət Qurbanov 3 il 6 ay, Mayıl Kərimov, Samir Piriyev daxil hər biri 4 il müddətinə azadlıqdan məhrum edildi.
Aprel ayında Anar Əkbərov və Amal Əhmədli hər biri 3 il müddətinə olmaqla dəmir barmaqlıqlar arasında məhkum edildi. Rüstəm Əsgərov və Təbriz Qulubəylinin saxlanılması da bu ayda yaşandı.
May ayında Mehman Qarayev 4 il azadlıqdan məhrum edildi. Dövlət ittihamçısının Şamil Abduləliyev barəsində 3 il cəzadan şikayəti əsasında cəza müddəti 6 ilə qaldırıldı.
İyun ayında Qarabağ Qazisi Alik Aslanov cəza müddətini bitirərək azadlığa buraxıldi, eyni halda Qurban Quliyev qanunsuz həbs olundu.
İyul ayında Mirsultan Bağırov, Vilayət Qədimov və Tofiq Rəhimov hər biri 3 il müddətinə azadlıqdan məhrum edildi. II Qarabağ Müharibəsi Qazisi Namiq Şirinov da iyul ayında saxlanıldı.
Avqust ayında ilahiyyatçı Süleyman Ələkbərova hökm oxunaraq 3 il müddətinə həbsə alındı.
Sentyabr ayında Elşən Abbasov həbs dövrünü başa vuraraq azadlığa çıxdı.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayevin 7 illik həbs cəzası da bu aya təsadüf etdi. Sentyabr ayı Elnur Cəfərova verilən 3 il 6 aylıq həbs cəzası ilə yekunlaşdı.
Oktyabr ayı Fədail Şükür 1 il 9 aylıq cəzadan dövlət ittihamçısının şikayəti əsasında yenidən saxlanıldı. Şükürovun cəzası 3 ilə qaldırıldı. İsfəndiyar Məmmədov, Həsən Abbaszadə, İbrahim Muradov və Cəlal Məhərrəmov hər biri 3 il olmaqla azadlıqdan məhrum edildilər. Əhsən Nuruzadə bu ayda 7 illik həbs dövrünü başa vursa da onun azadlıqda qalması cəmi 20 gün sürdü. O, 60 gün inzibatı cəza alaraq tutuqlandı.
Noyabr ayında MBH üzvü Rüstəm Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Dekabr ayında Amil Bilalov 3 il müddətinə həbsə alındı. Şamil Həsənov dekabr ayında həbs müddətini başa vuraraq azadlığa çıxdı.
Göründüyü kimi il qanunsuz həbslərlə zəngin, məhkəmə ittihamları ilə yaddaqalan il oldu. Heç təsadüfi deyildir ki, il ərzində 3 müxtəlif zamanlarda hazırlanan siyasi məhbus siyahısı artım tendensiyasını sürdürdü. Bu siyahıda inanclılar yenə antirekord göstəriciyə malik oldular.
2024-cü ilin iyunun 14-də hazırlanmış siyahıda 303-nəfərin adı keçib ki, onların 216-nəfəri inanclılardır. Sentyabrın 23-də yenilənmiş siyahıya 319 nəfərin adı daxil edilib. Bu dəfə də inanclılar qrupun məhbus siyahısında ən öndə olub. Onlar burada 227 siyasi məhbusla təmsil olunublar. Son olaraq dekabrın 12-də yayılan siyasi məhbus siyahısı inanclıları 331 məhbusun 233-nə yüksəltdi.
Hərəkat eyni halda ölkənin daxili və xaricində baş verən bir sıra hadisələri yaxından izləyib bununla bağlı mövqe nümayiş etdirdi. Bu sırada 38 şəxsin ölümü və 29- nəfərin yaralandığı təyyarə qəzası xalqın yaşadığı faciə olaraq acılarımız sırasında idi. Eyni halda 26 noyabr Nardaran faciəsinin ildönümü, İslam dünyasının dəyərli simaları Şəhidlər Seyid Həsən Nəsrullah, İsmayıl Haniyə, Yəhya Sinvar və Haşim Səfuyəddinin itkisi hərəkatın kədərini paylaşdığı hadisələr sırasında oldu.
Dəyərli hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılması, Moskva, Türkiyə, İran da daxil baş verən terrorlar hərəkatın tənqid və qınağ hədəfində oldu.
Beləcə çox xoş notlar yaşanmayan bir il tablosu yaransa da, biz hərəkat olaraq bütün bu yaşananları həyatın bir illik səhifəsi olaraq çevirərək sizinlə bərabər 10-cu yaşımıza imza atmağı bacardıq.
13 yanvar - ötən bir il aynasında yaşadıqlarımız