Azərbaycan aydınlar və parlaq düşüncələrin hədəfə alındığı ortam olaraq artıq illərdir ki, hərəkatımızı müxtəlif təzyiq, təqib və işgəncələr arasında məngənədə saxlanılmağa davam edir. Dini və milli kimliyi hədəfləyən, xalqın dəyərləri, düşüncə və mədəniyyəti, dini, mənəviyyatı, əxlaqını prioritet mövzu edən hərəkat yaranan gündən hər növ şər böhtanlarla başlayan mücadilənin mərkəzində neçə-neçə şəhid verməklə ayaqda qalmağa çalışdı. Bu günə qədər 100-dən çox üzvünün həbs həyatına məhkum edilməsi, fiziki və mənəvi zorakılıqlarla üzləşməsi onu məqsədlərindən çox yaralarını bağlamağa məcbur etdi.
Lakin eyni zamanda hərəkat missiyasını da axsatmağa qoymadı. Qarabağ Müharibəsinin şəhidləri sırasında üç hərəkat üzvünün – Şükür İlyasov, Balazadə Abdullayev və Nofəl Əliyevin yer alması deyilənlərə əyani nümunədir. Paralel olaraq daxili və xarici hadisələrə, qanunsuzluq, zülm və işgəncələrə reaksiya çox zaman hərəkatı hakimiyyətin hədəfində qoysa da, MBH məqsədi uğrunda mübarizədə hər zaman fəallığını qorudu.
Əlbəttə, bu, hakimiyyətin cəza sistemində “mükafatsız” qalmadı. Sayları bu gün 79-a çatan hərəkat üzvüləri, hakimiyyətin bu yöndə nifrət hədəfində olması ilə əlaqədardır. Bu nöqtədə neçə-neçə üzvümüzün inzibati cəzası, həbsxana divarları arasında işgəncələrlə üzləşməsi bu məsələnin daha ağrılı təzahürüdür. Statistik rəqəmlər isə deyilənlərin nə qədər acınacaqlı olduğunu ortaya qoyur.
2023-24-cü illərdə həbs olunan hərəkat üzvülərinin 2024-cü ildə yekunlaşan məhkəmələri onlar barəsində 147 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verdi. Bu sırada yanvar ayında 3 nəfər, fevralda 10, martda 10, apreldə 3, mayda 2, iyulda 4, avqustda 1, sentyabrda 3, oktyabrda 3, noyabrda 1, dekabrda 1 şəxs olmaqla yalnız 2024-cü ildə hərəkat üvzülərindən iş alanların sayı 41 nəfərə yüksəldi. Ümumilikdə 2024-cü ildə həbs edilən hərəkat üzvülərinin sayı 12 nəfər (Mirzəyev Nurlan, Hacıyev Ceyhun, Qulubəyli Təbriz, Quliyev Qurban, Sayadov Tərlan, Şirinov Namiq, Əliyev Raşad, Əsgərov Rüstəm, Bağırov Mirsultan, Məhərrəmov Calal, Muradov İbrahim, Bilalov Amil) oldu ki, onlardan 7 nəfərinin məhkəmə və istintaqı hələ də davam edir.
Ötən il üçün nisbətən sevindirici hadisələr də yaşanmamış deyildi. 2024-cü ildə 4 hərəkat üzvü həbs müddətini bitirərək azadlığa qovuşdu. Bunlar: Qarabağ Qazisi Alik Aslanov, Elşən Abbasov, Əhsən Nuruzadə və Şamil Həsənovdur. Bu sırada Əhsən Nuruzadənin azadlığa buraxılmasından yalnız 20 gün ötməmiş rejim onu növbəti dəfə saxta narkotiklə ittiham edərək 60 gün inzibati cəza ilə azadlıqdan məhrum etdi. Mövcud səhnə öz növbəsində hərəkata qarşı diskriminasiyanın göstəricisi idi.
Heç təsadüfi deyildir ki, məhkəmə prossesləri zamanı amansız işgəncə yaşama səbəbindən başında şiş yaranan Ceyhun Balaşova qarşı da qeyri-insani davranış hakimiyyətin hərəkata ünvanlı işgəncələrinin göstəricisi olaraq qiymətləndirilməlidir. Ceyhun Balaşovun təcridxanada fiziki zor yaşayaraq ciddi zədəsi 2024-cü il fevralın 15-də yekunlaşan məhkəməsində də əks olundu. Hakim Balaşovun səhhətindəki problemlərin çərçivəsini dəyərləndirsə də, sifarişli həbs cəzası ev dustaqlığı da olsa inanclı barəsində 4 il müddətinə həbs qərarını verdi.
Hal-hazırda Müsəlman Birliyi Hərəkatı, Sədri Hacı Bağırzadə başda olmaqla, 76 üzvü, həbsdə hərəkatın 10 yaşını qeyd edir. Bütün bu qeyd edilənlər bizi məqsədimiz, milli və dini dəyərlərimizin qorunması və inkişafı, ölkədə hüquqi sistemin tapdanaraq ayaqlar altına alınmasına qarşı mübarizədən bir anlıq olsun saxlamır. Biz illər öncə hədəfimizi müəyyən etdik, bu yolun eniş və yoxuşunu, şirin və acısını gözə aldıq və Allahın adı ilə addımlamağa başladıq.
10 illik bir zamanı az qala hər kəsin görüb eşidəcəyi, müşahidə edəcəyi bir cığırla addımladıq. Hədəfin bərabərliyində dosta qucaq açdıq, düşmənə sinə gərdik. Ədalətin bayrağı altında növbəti illəri Yaradanın güc, dəstək və mərhəməti ilə...
Sizin Müsəlman Birliyi Hərəkatınız.
Bu gün Müsəlman Birliyi Hərəkatının 10 yaşı tamam olur