Əl-Əsədi: Şəhid Nəsrullahın dəfn mərasimində kütləvi ictimai fəallığın aydın mesajı var

İraqdakı Nücəbə Hərəkatının Siyasi Şurasının rəhbəri deyib: “Şəhid Nəsrullahın dəfn mərasimində xalqın şövqlə və kütləvi şəkildə iştirakı müqavimətə xalqın geniş dəstəyinin sübutudur və bütün dünyaya aydın və qətiyyətli mesaj göndərir”.

İraqdakı Nücəbə Hərəkatının Siyasi Şurasının sədri Şeyx Əli Əl-Əsədi Əl-Məyadin telekanalına müsahibəsində deyib: “Şəhid Nəsrullah bütün sahələrdə müqavimətin inkişafında ən mühüm amil sayılan ata, tərbiyəçi, mütəfəkkir və lider idi.

Seyid Həsən Nəsrullah müqavimət əməliyyatları otağına daim nəzarət edərək, ox və mərkəzi güclərin sahə şərtlərinə uyğun fəaliyyət göstərməsinə şərait yaratdı. İraq İslami Müqaviməti də Şəhid Nəsrullahın fikirlərindən ilhamlanmış və hətta komandirlərlə məsləhətləşmişdir.

Şəhid Nəsrullah müqavimət yolunun fasiləsiz davam etməsi üçün onun qeybində lazımi tədbirləri gördü.

Şəhid Nəsrullahın dəfn mərasimində xalqın coşğulu və kütləvi iştirakı müqavimətə geniş ictimai dəstəyin göstəricisidir və bu oxdan bütün dünyaya açıq və qətiyyətli mesajdır.

İraq müqaviməti bölgənin simasını dəyişdirməyi və İraqı mədəni və coğrafi kimliyindən ayırmağı hədəfləyənlərə qarşı mübarizə aparır. Düşmən qüvvələrin təzyiqinə baxmayaraq, iraqlılar qorxmadan müqavimət göstərəcəklər.”