İsrail İordan çayının qərb sahilinə əlavə qoşunlar göndərib və bölgədə “terror ocaqlarına” qarşı iddia ilə bir sıra əməliyyatlara başlayıb.
Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu fələstinli qaçqınlar düşərgəsində fəaliyyət göstərən İsrail hərbçiləri ilə görüşü zamanı deyib.
"Mən əsgərlərlə birlikdə Tulkarm qaçqın düşərgəsindəyəm. "HƏMAS" və digər terror qruplarının İsrailə zərər vurmaq cəhdlərinə qarşı çox mühüm işlər görürük. Fevralın 20-də gördüyümüz silsilə kütləvi terror aktları törətmək cəhdi son dərəcə ciddi məsələdir. Buna cavab olaraq biz Yəhudeya və Samariyaya (İordan çayının qərb sahili üçün İsrail tərəfindən qoyulan adlar - red.) əlavə qüvvələr göndərdik, həmçinin terror ocaqlarına qarşı əlavə əməliyyatlara başladıq", - deyə o bildirib.
İsrail terror ocaqlarına qarşı iddia ilə əməliyyatlara başlayıb