Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb

Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Üçtəkanla tullanmada mübarizə aparan idmançı 13.38 metr nəticə ilə ikinci yeri tutub.