“Turan” İnformasiya Agentliyi yerli mediada agentliyə qarşı ittihamların yer aldığı yazılara münasibət bildirərək irəli sürülən “böhtan xarakterli iddiaları” agentliyin nüfuzdan salınmasına yönəlmiş dezinformasiya adlandırıb.
Agentlik fevralın 20-də yaydığı bəyanatında bildirir ki, 15 və 18 fevral tarixlərində “Day.Az” saytında “Turan”ın fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib.
“Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir. Bəyan edirik ki, bu məqalələr Turanın nüfuzdan salınmasına yönəlmiş dezinformasiyadır”, bəyanatda vurğulanır.
“Turan” əlavə edib ki, müstəqil media qurumu kimi yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində və peşəkar, etik jurnalistika prinsiplərinə uyğun fəaliyyət göstərir və sözügedən məqalələrdə təqdim olunan rəqəmlər və ittihamlar həqiqətə uyğun deyil.
Agentlik bu mənada Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyindən (USAID) və Milli Demokratiya Fondundan (NED) maliyyə alması ilə bağlı məlumatları yalanlayıb.
USAID tərəfindən heç vaxt maliyyələşdirilmədiyini qeyd edən “Turan” sözügedən məqalələrdə yer almış “2010-2020-ci illər arasında agentliyin hesablarına guya ən azı 2 milyon dollar köçürüldüyü” barədə iddiaların tamamilə yalan olduğunu bildirib.
“2015-2023-cü illər arasında agentliyin insan haqları və mətbuat azadlığı ilə bağlı “müstəqil” hesabatlar hazırlamaq üçün Milli Demokratiya Fondundan (NED) iri məbləğdə vəsait aldığı iddiası da əsassızdır. Turan NED-dən heç bir maliyyə almayıb və göstərilən dövrdə bu qurum tərəfindən maliyyələşdirilməyib”, bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, “Day.Az” məqalələrində yer alan digər iddialar, o cümlədən “Turan”ın Avropa İttifaqı və Çexiyanın diplomatik korpuslarından, Avropa fondlarından və “Fransa stukturları”ndan maliyyə vəsaitləri alması ilə bağlı yazılanlar böhtandır və həqiqəti əks etdirmir.
Bundan əlavə, “Day.Az” saytının 18 fevral tarixində yaydığı ikinci məqalədə “Turan”ın informasiya xidmətlərinin satışından əldə etdiyi qanuni gəliri “xarici maliyyələşmə” kimi təqdim etməyə çalışdığı bildirilir.
“Məqalədə 2020-2024-cü illər arasında Turanın guya xaricdən 180,596 manat aldığı qeyd edilir və bu, xarici müdaxilənin sübutu kimi təqdim olunur. Lakin, əslində, bu agentliyin xəbər və analitik materiallarının satışından əldə etdiyi qanuni kommersiya gəlirləridir. Turanın bank hesabına daxil olan bütün vəsaitlər tam şəffafdır və Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğundur”, bəyanatda qeyd edilir.
Agentliyin fikrincə, sözügedən yazılar dövlət tərəfindən maliyyələşdirilməyən yeganə müstəqil informasiya agentliyi “Turan”a qarşı məqsədyönlü hücumdur və “Day.Az” “Turan”ın mövqeyini öyrənmədən bu cür ciddi ittihamları dərc etməklə “Media haqqında” qanunu və jurnalist etikası prinsiplərini pozub.
“Turan” “Media haqqında”qanuna uyğun olaraq, “Day.Az”-dan cavab hüququnun təmin edilməsini, bəyanatı saytında dərc etməsini tələb edib.
“Biz agentliyin nüfuzunu qorumaq üçün hüquqi addımlar atmaq hüququmuzu özümüzdə saxlayırıq”, sonda vurğulanıb.
Fevralın 13-də üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar agentliyin fəaliyyətini mövcud formatda dayandırdığını elan edən “Turan”ın direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində ölkədə uzun illərdir azad media üçün iqtisadi imkanların məhdudlaşdırıldığını qeyd edib.
Mehman Əliyev Azərbaycanda azad medianın iqtisadi dayağının olmamasını özlüyündə siyasi təzyiq olduğunu deyib.
Qərb qurumlarından maliyyələşdirilmə ilə bağlı iddialara gəldikdə isə Əliyev deyib ki, “biz USAID-dən bir qəpik belə almamışıq”.
Keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biri olan “Turan” informasiya agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən Bakıda yaradılıb.
“Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb”, agentlik fevralın 13-də fəaliyyətini dayandırması ilə bağlı oxuculara müraciətində qeyd edib.
“Turan” İnformasiya Agentliyi xaricdən maliyyələşmə ilə bağlı ittihamları yalanlayıb