Suriyada Şiə din xadimi saxlanıldı

Hücum mərhum Ayətullah Məhəmməd Hüseyn Fəzlullahın ofisinin yaxınlığında baş verib

Suriyada Əhlibeyt davamçılarını təmsil edən din xadimi Şeyx Ədhəm əl-Xətib,  çərşənbə günü Seyyidə Zeynəb bölgəsində saxlanılıb.  

Bu barədə Press TV-nin Suriya Bürosu məlumat verib.

Müxtəlif digər mənbələr də bu hadisəni təsdiqləyərək bildirmişlər ki, insident zamanı ruhaninin oğlu Cəfər və onun müşayiətçisinə həm fiziki, həm də sözlü hücum olub.

Mənbələr saxlanılmanın böyük şiə alimi mərhum Ayətullah Məhəmməd Hüseyn Fəzlullahın ofisinin yaxınlığında baş verdiyini bildiriblər.

 

 

 Rasthaber Azərbaycan