Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.
Bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.
PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.
Futbol üzrə Azərbaycan çempionatının oyunları hava şəraitinə görə təxirə salınıb