Ədliyyə Nazirliyi Probasiya xidməti Ceyhun Balaşovun cəza müddətinin qüvvəyə mindiyi tarixdən keçən 1 illik zamanı qeydə almayıb. Belə ki, 2024-cü il fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi səhhətində problemlər səbəbindən Ceyhun Balaşov barəsində 4 il müddətinə ev dustaqlığı cəzası verir. Qərarda ayağa qolbaq taxmaqla Balaşov həbs dövrünü probasiya idarəsinin nəzarəti altında olması əksini tapır.
Bundan sonra Balaşovla bağlı Beyləqan polis idarəsi müəyyən araşdırmalar aparsa da, məsələ ilə bağlı Beyləqan İcra Probasiya idarəsindən hər hansı bildiriş qeydə alınmır. Yalnız 1 ildən sonra Beyləqan İcra Probasiya idarəsinin Ceyhun Balaşovu idarəyə dəvət etməsi məlum anlaşılmamazlığı ortaya qoyur.
Belə ki, probasiya idarəsində Ceyhuna bildirilir ki, o, məhkəmə qərarından sonra probasiya idarəsinə gəlməli və burada qeydiyyata düşməli idi. Bu hallar baş vermədiyi üçün 2024-cü ilin 15 fevralından 2025-ci il 13 fevralına qədər olan 1 illik cəza müddəti Ceyhun Balaşov üçün hesablanmayacaq. Bu isə öz növbəsində Balaşovun cəzasını bir il də artıraraq 5 ilə yüksəltmək deməkdir.
Ailə məlum qərara etiraz etsə də idarə qərarını dəyişməyib. Məsələ ilə bağlı vəkil Rəsul Cəfərov qərardan şikayət verməklə idarənin öz səhlənkarlığını müvəkkilinin üzərinə yıxmaqla bir illik həbs dövrünün sayılmamasını qanunsuz adlandırıb.
Xatırladaq ki, C. Balaşov 2023-cü il fevralın 2-də Beyləqan polisi tərəfindən saxlanılıb və barəsində narkotliklərlə bağlı cinayət işi başlanılıb. İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin ağırlaşdığını deyir.
Probasiya xidməti məhbusun 1 illik cəza müddətini qeydə almadı