Bu ilin yanvar ayında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 411,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 147 milyon ABŞ dolları və ya 55,5% çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,09%-i həcmində olub.
Cari ilin yanvarında Azərbaycan Rusiyaya 81,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 5,5 milyon ABŞ dolları və ya 7,3% çoxdur. Dövr ərzində Rusiya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 2,67%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan Rusiyadan məhsul idxalını illik müqayisədə 141,5 milyon ABŞ dolları və ya 74,8% artıraraq 189,2 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Rusiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 16,11%-ni təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.
Az.shafaqna.com
Rusiya ilə ticarət əməliyyatlarının həcmi 56%-ə yaxın artıb