Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın oğlu Seyid Cavad Nəsrullah Yəmənin Əl-Məsirə kanalına verdiyi müsahibədə atasının şəhadəti xəbərini alanda keçirdiyi hissləri izah edib.
Xəbəri ilk eşidəndə şoka düşdüyünü ifadə edən Cavad Nəsrullah “İlk reaksiyam şəhidin cəsədini görmək üçün hərəkətə keçmək oldu. İlk anlarda aldığımız xəbərin doğru olmasını heç cür qəbul edə bilmirdim.”
“Anam Livanı tərk etməyimizə qarşı idi”
Seyid Cavad şəhadət xəbərindən sonra ən böyük narahatlığının müqavimətin gələcəyi ilə bağlı olduğunu bildirərək, “Səmimi desək, hamımız müqavimət əhli üçün dua edirdik. Bizə dəfələrlə Livanı tərk etməyi məsləhət gördülər, amma qəbul etmədik. Anam bu məsələdə ən qətiyyətli insan idi” deyib.
Cavad Nəsrullah anasının “Ya xalqımızla birlikdə şəhid olacağıq, ya da onlarla birlikdə qalib gələcəyik” deyərək ailəsi olaraq Livanda qalmağa qərar verdiyini bildirib.
“Atamın şəhid olması bizim ən böyük şərəfimizdir”
Seyyid Cavad deyə: “Şəhidlik ən şərəfli yolda, döyüş meydanında olur. Biz müsəlmanıq və Allaha həmd edirik ki, atam üçün bundan yaxşı son ola bilməzdi" bildirib.
Atasının cəsədinin Allahın lütfü ilə parçalanmadığını bildirən Nəsrullah, “Seyid Həsən Nəsrullaha qarşı 84 ton partlayıcı istifadə edildi. Düşmənlərinin ona qarşı nifrət və qəddarlığı belə böyük idi. Buna baxmayaraq, onun bədəninin toxunulmaz qalması ilahi bir nemətdir” deyib.
Nəsrullahın oğlu atasının şəhid olmasının ilk anları yaşadıqları hisslərini bölüşüb