Mirtofiq Hüseynovun şikayətinə Xəzər rayonu baxıb

Fevralın 21-də Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hüseynov Mirtofiq Mircəlal oğlunun şikayətinə baxıb.
Hakim Ramilə Xəzrinin sədrliyi ilə baş tutan iclasda M. Hüseynov qanunvericiliyə müvafiq olaraq cəzasının qalan bir hissəsi barəsində vaxtından əvvəl buraxılması ilə müraciətinə baxılıb.
Mütdəhimin müdafiə tərəfi Zibeydə Sadıqova çıxış edərək Mirtofiq Hüseynovun həbsdə olduğu 2 il 2 aydan artıq bir müddətdə barəsində hər hansı bir qanun pozuntusu, cəza tətbiqi və daxili qaydalara zidd addımın yer almadığını hakimin diqqətinə çatdırıb. Eyni halda vəkil inanclının cəza müddətinin bitmiş hissəsinin qanunvericiliklə mütdəhimin vaxtından əvvəl azad olunması üçün nəzərdə tutulan əsasları ehtiva etdiyini bildirib.
Zibeydə xanım məhkəməyə Mirtofiq Hüseynovun himayəsində azyaşlı körpələrinin də olduğunu çatdıraraq qayğı və sevgiyə ehtiyac duyan körpələrin atalarına qovuşmaq üçün qanunun tələbləri ilə müvəkkilinin vaxtından əvvəl azad edilməsini istəyib.
Hakim müdafiə tərəfini dinlədikdən sonra qərarı elan edib. O, Mirtofiq Hüseynov barəsində qüvvədə olan qərarı dəyişmədən qalan həbs dövrünün də həbsxana divarları arasında keçirməsi ilə bağlı hökm verib. Bununla da məhkəmə iclası yekunlaşıb.
Xatırladaq ki, Mirtofiq Hüseynov inanclıların kütləvi həbsləri fonunda 2022-ci ilin 6 dekabrda saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan Mirtofiq 27 dekabr 2023-cü il tarixində məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəf Apellyasiya və Ali Məhkəməyə şikayətlə müraciət etsə də, hər iki instansiya qərarı qüvvədə saxlamışdı.