Təl-Əvivin yaxınlığında 3 avtobus partlayıb

Bu gecə Təl-Əviv yaxınlığında 3 avtobus partlayıb.

"Ynet" portalı xəbər verir ki, partlayışlar və sonrakı yanğınlar nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobuslara yerləşdirilmiş daha iki partlayıcı qurğu da aşkar ediblər.

Partlayıcı qurğuların çəkisi təxminən 5 kq-dır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarda şübhəli bilinən şəxslərin axtarışını davam etdirir.