“Şəhid Süleymani öz bəyanatlarında və məktublarında İran İslam Respublikasının məzlum Fələstin xalqını müdafiə etmək münasibətini açıq şəkildə izah edib” bu fikirləri mərhum General Qasım Süleymaninin qızı Zeynəb Süleymani deyib.
İnqilab Keşikçiləri Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin şəhadətinin beşinci ildönümü ilə əlaqədar dünən axşam saatlarında Tehranda İmam Xomeyni müsəllasındə anım mərasimi keçirilib.
Burada çıxış edən General Süleymaninin qızı Zeynəb Süleymani, "Şəhid Nəsrullah və Şəhid Safiuddinin general Süleymani haqqında söylədiyi epik sözlər bu şəhidin ildönümü günlərini bəzədi. Təəssüf ki, bu şəhidlərin anım mərasimindəki yeri boşdur" deyib.
Şəhid Əbu Mehdi Əl-Mühəndis və İbrahim Rəisini ehtiramla yad edən Zeynəb Süleymani Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin və Kirmandakı terror hadisəsində şəhid olanların ailələrinə başsağlığı verib.
Zeynəb Süleymani İran xalqının Qasım Süleymaninin şəhadətinin ildönümündə göstərdiyi böyük həmrəyliyi yüksək qiymətləndirərək, "Millətimiz çətinliklərə və soyuğa baxmayaraq, öz komandirinin xatirəsini yaşatdı. Belə bir insanın varlığına görə Uca Allaha şükr edirik.
Ötən ildən bu günə qədər ölkə və bölgə çətin günlərin şahidi olub. İsrailin Fələstin və Livanda törətdiyi cinayətlər və müqavimət liderlərinin şəhadəti İslam ümmətinin qəlbini yaralayıb. Suriyada baş verən son hadisələr bu ağrını daha da şiddətləndirib. Eyni halda bəzi insanlar səhv təhlillərlə bu ağrını artırıblar” söyləyib.
General Qasım Süleymaninin fikirlərini açıqlayan Zeynəb Süleymani, “Şəhid Süleymani verdiyi açıqlamalarda və məktublarında İran İslam Respublikasının məzlum Fələstin xalqını müdafiə etmək və İŞİD terror təşkilatına qarşı mübarizəyə münasibətini açıq şəkildə izah edib. Şəhid Süleymani məktəbində din, milliyyət və vətən arasında bir bağ var və onların arasında heç bir fərq yoxdur. Bəziləri məzhəb-millət fərqini gündəmə gətirərək bölgə xalqını müdafiə edən İran İslam Respublikasını başqa cür izah etməyə çalışır, lakin Şəhid Süleymani qütbləşməni aradan qaldırdı” deyə əlavə edib.
“Hərəm müdafiəçisi” ifadəsini işlədən Şəhid Süleymaninin bütün həyatını müqəddəs ziyarətgahlara həsr etdiyini bildirən Zeynəb Süleymani, “Həm ölkəni, həm də bölgəni müdafiə edərkən, müqəddəs hərəmin təhlükəsizliyini təhdid edən hər şeylə qarşı-qarşıya gəldi. Onun fikrincə, İran sərhədləri müqəddəs bir yerdir” qiymətləndirməsini edib.
"Düşmənlər qarşısında uca dayanıb canını fəda edən şəhid Süleymani müqəddəs ziyarətgahların müdafiəsinin əsas şərtinin birlik olduğuna inanırdı və bu gün bu nəsihət daxili və milli problemləri həll edə bilər.
O hesab edirdi ki, prinsiplərdə heç bir fərq olmamalıdır və birliyin əsas şərti Vilayəti Fəqih və İran İslam Respublikasının birliyidir. Biz İslam İnqilabının Rəhbərinin rəhbərliyi altında ümumi düşmənə qarşı birləşməliyik və bu birlik tərəqqi və təhlükəsizliyi təmin edə bilər” deyə sözünü bitirib.
Xatırladaq ki, 2020-ci il yanvarın 3-də ABŞ-ın Bağdad hava limanında törətdiyi terror aktı nəticəsində Qüds Qüvvələrinin keçmiş komandanı Süleymani və “Həşduş-Şabi”nin keçmiş sədr müavini Əbu Mehdi əl-Mühəndis şəhid olmuşdu.
Zeynəb Süleymani: “Müqəddəs hərəmlərin müdafiəsi üçün vəhdət başlıca amildir”