Ümrə ziyarəti üçün 9 min km piyada yol qət etdi

İspaniyadan olan müsəlman böyük bir məsafəni piyada qət edərək Ümrə ziyarətini yerinə yetirib.

İshaq Məkkə və Mədinə şəhərlərini ziyarət etmək üçün bir neçə ay ərzində 9 min km-dən çox piyada yol gedib.

O, arzusunu reallaşdıraraq Məscidül-Həram və Məscidül-Nəbini ziyarət edib.

O, bu səyahəti üçün ümumi 5 min avro büdcə ayırıb.