"Çelsi" rəqibini darmadağın edib, "Real Betis" qələbə qazanıb

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

"Çelsi" səfərdə Polşa klubu "Legiya"nın qonağı olub. Qonaqlar rəqibinə heç bir şans tanımayıb. Görüş "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında "Real Betis" öz meydanında "Yagelloniya"nı 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

 

APA