Rusiya Duması İranla Hərtərəfli Strateji Müqaviləni təsdiq edib

Rusiya Federasiyasının Dövlət Duması (Aşağı Palatası) 8 aprel çərşənbə axşamı günü ölkə hökumətinin İran İslam Respublikası ilə Hərtərəfli Strateji Müqavilə imzalanması haqqında qanun layihəsini təsdiqləyib.

Dövlətə məxsus RİA Novosti xəbər agentliyi çərşənbə axşamı yazıb: “Bu saziş Rusiya və İran arasında müdafiə, terrorla mübarizə, enerji, maliyyə sektoru, nəqliyyat, sənaye, elm və texnologiya da daxil olmaqla bütün sahələrdə hərtərəfli tərəfdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır.”

Bu xəbərə əsasən, müqavilə 20 il müddətinə bağlanıb və daha beş il müddətinə uzadılması mümkündür.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski son günlərdə Prezident Vladimir Putinin təqdim etdiyi qanun layihəsinə baxdıqdan sonra qanunvericilik assambleyasında bildirib ki, komitə bu müqavilənin ratifikasiyasını Dövlət Dumasına tövsiyə edib.

Rusiya qanunlarına görə, son olaraq Dumada (Aşağı Palata) təsdiq edilən qanun layihəsi və ya təklif Federasiya Şurasında (Senat) da təsdiqlənməlidir və Prezident tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə minir.