Azərbaycan ağırlıqqaldıranı “Uzbekistan Open” turnirində gümüş medal qazanıb

Azərbaycanın yeniyetmə atleti İsa Əliyev Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” turnirində gümüş medal qazanıb.

73 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.