"QHT işi" üzrə daha iki nəfərin cinayət məsuliyyətinə cəlb olunub

"QHT işi" üzrə daha iki nəfərin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. İctimai fəal Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində həbs-qətimkan tədbirinin seçildiyi deyilir.
Onların yaxınlarının bildirməsinə görə, bununla bağlı aprelin 9-da Binəqədi rayon Məhkəməsi qərar verib. Hər iki şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi vurğulanır.
Bu məlumatı, hələlik, məhkəmənin özündən təsdiqlətmək mümkün olmayıb.
QHT-lər ilə bağlı cinayət işi ilə əlaqədar daha bir neçə şəxsin də ifadəyə çağırıldığı deyilir. Bu məlumatı da, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
2014-cü ilin yayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi başlanmış, ardından ölkədə bir sıra təşkilat rəhbərləri həbs olunmuşdu.
 
 
 
Bütün reaksiyala