İsrail türkiyəli hərbçilərin Colan təpələri yaxınlığında yerləşdirilməsinə yol verməyəcək. İsrailin "Ynet" portalının məlumatına görə, Türkiyənin regiondakı mövcudluğu bazar ertəsi Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın görüşündə müzakirə olunmalı idi.
Xəbərdə deyilir ki, İsrail Türkiyənin Suriyadakı bazalarda dronlar və hava hücumundan müdafiə sistemləri yerləşdirə biləcəyindən ehtiyat edir, bu da sərhədlərin qorunması işini çətinləşdirəcək və hərbi münaqişəyə səbəb ola bilər.
Keçmiş prezident Bəşər Əsəd rejimi keçən ilin sonunda süqut etməzdən əvvəl Suriyanın İsraillə həmsərhəd bölgəsində Rusiya qüvvələri var idi, İsrail tərəfinin onlarla rabitə qurduğu iddia olunurdu. Türkiyə ordusu regiona gələrsə, İsrail öz vətəndaşlarını qorumaq üçün istənilən hərəkəti diqqətlə götür-qoy etməli və bu cür hərəkətlərin Türkiyə ilə hərbi münaqişəyə gətirib çıxarıb-çıxarmayacağını nəzərə almalı olacaq.
İsrail həmçinin Türkiyənin himayəsi altında Suriyadan Qəzza zolağına qədər İranın şiə təsirini əvəz edə biləcək sünni islamçı oxunun formalaşmasından narahatdır.
Eyni zamanda, Türkiyə İsraillə diplomatik əlaqə kanallarını saxlayır və dialoq davam edir.
İsrail vəziyyət sabitləşənə qədər Suriyanın ABŞ, Rusiya, Türkiyə və keçid hökumətinin iştirakı ilə müvəqqəti təsir zonalarına bölünməsini təklif edir.
Suriyanın yeni təyin olunmuş Nazirlər Kabinetinin beş il müddətinə fəaliyyət göstərəcəyi gözlənilir. Bu müddət ərzində ölkə Konstitusiyasına lazımi düzəlişlər ediləcək və ümumi seçkilər keçiriləcək.
'Türkiyə Suriyada İsraillə qarşıdurma istəmir'
Türkiyə Suriyada İsraillə qarşıdurma olmasını istəmir, lakin İsrailin Suriyanın hərbi obyektlərinə müntəzəm zərbələr endirməsi yeni Suriya hökumətinin "İslam Dövləti" (İŞİD) də daxil, təhlükələri önləmək bacarığını zəiflədir.
Bunu "Reuters"ə müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Biz Suriyada İsraillə qarşıdurma istəmirik, çünki Suriya suriyalılara məxsusdur" deyən Fidan təhlükəsizlik məsələlərini suriyalıların özlərinin həll etməli olduqlarını vurğulayıb.
NATO üzvü olan Türkiyə İsrailin Qəzzaya hücumunu şiddətlə qınayır. Ankara Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı prosesdə iştirak üçün müraciət edib və həmçinin Təl-Əvivlə ticarət əlaqələrini kəsib. İsrail hədəfinin Qəzza zolağına nəzarət edən HƏMASın ləğvi olduğunu vurğulayaraq Türkiyənin fələstinlilərə qarşı soyqırımı ittihamlarını rədd edir. 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücum edib 1200-dən çox israillini öldürən, 250-dən çoxunu girov götürən HƏMAS ABŞ və Avropa İttifaqında terror təşkilatı olaraq tanınır. İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyat 7 oktyabr hücumuna cavabdır.
Türkiyə ilə İsrail arasında diplomatik münaqişə son aylarda Suriyaya da sirayət edib: Dəməşqdə yeni administrasiya hakimiyyətə gəldikdən sonra İsrail qüvvələri Suriyanın hərbi obyektlərinə zərbələr endirir və Suriyadakı "bufer" zonalarını genişləndirir. Türkiyə bu hücumları Suriyanın suverenliyinin pozulması kimi görür, İsrail isə bölgədə düşmən qüvvələrin olmasına dözməyəcəyini bildirir.
Fidanın sözlərinə görə, bu "keçid" dövründə Türkiyə nizami Suriya ordusunun gücünün zəifləməsi fonunda "İslam Dövləti" və Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksəlişinin qarşısını almağa çalışır. "Təəssüf ki, İsrail Suriyanın yeni hökumətinin İŞİD və digər terror təhlükələri ilə mübarizədə istifadə edə biləcəyi bütün imkanları bir-birinin ardınca məhv edir", - o vurğulayıb. "Eyni zamanda, Suriyanın yeni hakimiyyəti İsraillə münasibətləri yaxşılaşdırmaq qərarına gəlsə, Türkiyə bu prosesə müdaxilə etməyəcək", - nazir əlavə edib.
Yaxınlarda Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar aparan Fidan bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Suriya ilə bağlı siyasətini və ona qarşı tətbiq olunan sanksiyaları yenidən nəzərdən keçirir.
Ankara Ukraynadakı münaqişənin həlli təşəbbüsünü dəstəkləyərək Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa çalışır. Lakin Türkiyə yeni ABŞ administrasiyasının Yaxın Şərqlə bağlı bir sıra addımları, o cümlədən Qəzza zolağını nəzarətə götürmək və onu "Yaxın Şərqin Rivyerası"na çevirmək planı ilə razılaşmır.
Fidanın fikrincə, Tramp problemlərin həllində "qeyri-ənənəvi" üsullardan istifadə edir ki, bu, Ankara və Vaşinqton arasında, xüsusən də Türkiyə müdafiə sənayesinə qarşı sanksiyalarla bağlı fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə bilər.
AzadlıqRadiosu
İsrail Türkiyəyə görə Suriyanı zonalara bölməyi təklif edir