“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun saxlandığı 15 saylı cəzaçəkmə müəssisəsində bu gündən - aprelin 5-dən aclığa başladığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Həyat yoldaşı bildirib ki, P.Aslanov saxlandığı cəzaçəkmə müəssisəsində ayrı-seçkiliyə məruz-qalmasına etiraz olaraq, aclıq edir: “Digər məhlumlara fərqli şərait yaradır, istər telefon zənglərinin sayı, istərsə də ailə üzvləriylə görüş məsələsində. Polad Aslanov da deyir ki, qanun hər kəs üçün eyni oımalıdır.
Hazırda həyat yoldaşının çəkisinin cəmi 44 kiloqram çəkisi oldiğunu deyən G.Aslanova vurğulayıb ki, onun sağlamlığında ciddi problemlər var. Bununla belə, aclığı davam etdirməkdə israrlıdır: “Hüququn, qanunun işləmədiyi yerdə məhbusun başqa yolu qalmır. Aclıq barədə ərizəsini cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədova da təqdim edib”.
P.Aslanovun ayrı-seçkiliyə məruz qalması və buna etiraz olaraq, aclıq etməsi haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
P.Aslanov 2019-cu ilin iyununda İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham edilərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib, 16 il həbs cəzası kəsiıib.
Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.
Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi motiblərlə həbs edilmir. Onlar iddia edir ki, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Polad Aslanov aclığa başlayıb