Hizbullah İraq müqavmətinin tərksilah iddialarını rədd edir

İraqdakı Hizbullah Briqadaları Reuters agentliyinin "İraq müqavimət qruplarının tərksilah etməyə hazırlaşır" xəbərini qəti şəkildə təkzib edib.

Əl-Mayadeen-in məlumatına görə, Hizbullah Briqadaları bəyanat yayaraq, bazar ertəsi Reuters agentliyinin adı açıqlanmayan komandirə istinadən yaydığı xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

"Rəsmi açıqlamalar yalnız hərəkatın sözçüsü vasitəsilə verilir. Bu cür dezinformasiyalara etibar etmək olmaz" bəyanatda deyilir.

Reuters öz hesabatında İraqdakı bəzi silahlı qrupların ABŞ-ın yeni administrasiyası ilə gərginliyi artırmamaq üçün silahlarını yerə qoymağa hazır olduqlarını iddia etmişdi. Hizbullah Briqadaları bu iddianı “əsassız və qəsdən” adlandırıb.