Şimali Kipr Türk Cumhuriyyətində (ŞKTC) liseylərdən birində 'hicab qadağası' on minlərlə insanı küçələrə çıxarıb. Müəllimlərin rəhbərlik etdiyi bir çox həmkarlar ittifaqı, qeyri-hökumət təşkilatları və siyasi partiyalar “Keçid yoxdur” şüarı ilə etiraz ediblər.
Liseylərdə hicab bağlamağa icazə verilsə də, bunu liseylərin daxili işləri olaraq forma və qaydalarını onların özlərinə həvalə ediblər. Yəqi liseylərdə hicab qadağan deyil, lakin onun hansı üslubda örtünməsi lisey rəhbərliyinin ixtiyarındadır.
Belə bir icazəni məhdudlaşdıran liseylərdən biri hicablı qız uşağını məktəbə buraxmaması haqlı narahatlıqlara yol açıb. Şəhərdə kütləvi etirazlara qalxan inanclılar qadağanı pisləyiblər.
Paytaxt Nikosiya son illərin ən çox iştirak etdiyi etiraza şahid olarkən, Nazirlər Şurası etiraz zamanı yeni geyim formasını qəbul edildiyini açıqlayıb. Əsasnaməyə əsasən, orta ümumtəhsil müəssisələrində geyim tərzi intizam qaydaları dəyişdirilib, orta məktəblərdə hicaba icazə verilib.
Hicablı şagirdin orta məktəbə qəbul edilməməsi ilə başlayan mübahisə hökumət böhranına səbəb oldu. ŞKTC Təhsil Nazirliyinin yeni tənzimləməsi reaksiyalara səbəb olub.
Tatarın arvadı da buna qarşı çıxdı
Yeni nizamnaməyə qarşı çıxanlar arasında ŞKTC prezidenti Ersin Tatarın həyat yoldaşı Sibel Tatar da var.
Sibel Tatarın "Mən hicabın əleyhinə deyiləm, ona hörmət edirəm. Bununla belə, 18 yaşından kiçik, ailəsinin istəyi ilə tez-tez baş örtüyü taxan, ulu öndər Atatürkün şəklinin asıldığı siniflərdə oxuyan qızların da əleyhinəyəm" paylaşımı diqqət çəkib.
Aktivistlər tərəfindən “Başörtüsü Qaydası” adlandırılan yeni nizamnaməyə qarşı ötən axşam keçirilən mitinqdə Kipr Türk liderləri Dr. Fazıl Küçük və Rauf Denktaşın uşaqları Mehmet Küçük və Serdar Denktaşın da olduğu görülüb.
Aksiyaya ana müxalifət lideri Tufan Erhürman da dəstək verib. Erhürman, “Xalq üçün deyil, xalqa rəğmən, təzyiq, məcburiyyət yolu ilə irəli sürülən, yuxarıdan aşağıya yanaşma ilə ortaya qoyulan, uşağın mənafeyini nəzərə almayan bu münasibəti qətiyyən qəbul etmirik” deyib.
Baş nazir Üstel: İnanc azadlığı təmin edilir
ŞKTC Baş naziri Ünal Üstel 'Lisey şagirdlərinin öz inanclarına uyğun geyinmələrinə icazə verən yeni tənzimləmə fərdi hüquq və azadlıqlara əsaslanır' deyib. Üstel, tənzimləmənin universal insan hüquqları prinsiplərinə uyğun olaraq inanc azadlığını qoruduğunu müdafiə edib.
“Əsasnamə” Üstelin rəhbərlik etdiyi hakim Milli Birlik Partiyasında da çaşqınlıq yaradıb. Əsasnaməyə qarşı çıxan millət vəkilləri iclaslara qatılmadığı üçün bu həftə ŞKTC Respublika Məclisində iclas keçirilə bilməyib.
Yeni tənzimləmə qüvvəyə mindikdən sonra başlayan aksiyalar və nümayişlər böhranın davam edəcəyindən xəbər verir. Dünən və bu gecə keçirilən nümayişlərlə yanaşı, bu səhər İskele Bəkirpaşa Liseyində bir şagirdin hicablı sinifə daxil olmasından sonra müəllimlər dərsə gəlməyərək etiraz etməyə başlayıb.
Bu nöqtəyə necə gəldik?
ŞKTC-də illərdir qüvvədə olan geyim qaydalarına uyğun olaraq məktəblərdə formaları tənzimləmək səlahiyyəti məktəb rəhbərlərinə verilib.
Orta təhsil pilləsində hicab azadlığı yalnız ölkədə yeganə ilahiyyat məktəbi olan Hala Sultan Kollecində mövcud idi.
Universitetlərdə heç vaxt belə problem olmayıb, çünki Türkiyədə qadağan olunduğu dövrdə də universitet tələbələri hicablı təhsillərini davam etdirə biliblər.
“Böhran” keçən ay iki şagirdin Lefkoşadakı İrsen Küçük Orta Məktəbinə və İskele rayonundakı orta məktəbə hicablı getməsi ilə başlayıb. Müəllimlər “qaydaları pozduqları” səbəbilə tətilə başlayıblar. Bundan sonra nazirlik “reqlamentdə dəyişiklik etmək” qərarına gəlib.
Yeni tənzimləmə ilə orta və liseydə təhsil alan şagirdlərin geyimlərini dini inanclarına uyğun seçə bilmələri tənzimləndi.
Buna cavab olaraq müəllimlər həmkarlar ittifaqı və müxalifət iddia edirdilər ki, 18 yaşına çatmamış uşaqların şəxsiyyətlərinin formalaşması tamamlanmadan onlara dini simvollar qoyulması düzgün deyil. O, baş verənlərin “siyasi İslam”ın tətbiq etdiyi bir layihə olduğunu gündəmə gətirib.
AKP sözçüsü Ömər Çelik də Kiprdəki müzakirələrə qatılaraq, "Bu yanaşma dünyəvilik deyil, dünyəvilikdən çirkin sui-istifadədir. Təhsil haqqını əngəlləyən fanatiklər açıq faşizmdir" deyib.
ŞKTC hökuməti reaksiyalardan sonra tənzimləməni geri götürüb. Lakin o, dərhal yeni əsasnamə hazırlayıb. Türkiyənin Lefkoşadakı səfirliyinin və AKP Kipr nümayəndəliyinin bu prosesə cəlb olunduğu iddia edilib. Faktiki olaraq səfirlik qarşısında etiraz aksiyaları keçirilib.
Yeni qaydalar və sirkulyarlar
Əsasnaməyə edilən dəyişiklik Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minib.
Yeni nizamnaməyə ali məktəblər üçün aşağıdakı ifadələr daxildir:
"Şagirdlər məktəb rəhbərliyinin müəyyən etdiyi məktəbli forması ilə yanaşı öz inanclarının tələb etdiyi müəyyən geyimləri geyinməkdə sərbəstdirlər. Lakin bu geyim məktəbli formasını örtə bilməz".
ŞKTC-də liseylərdən birində 'hicab qadağası' on minlərlə insanı küçələrə çıxarıb