Özgür Özəl yenidən CHP sədri seçilib

Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna seçkilər bitib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən topladığı imzaları gec təqdim etdiyi üçün namizəd olmayıb.

Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.

Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olaraq partiyanın sədri seçilib.