İsraillilər müharibəni dayandırmaq və əsirləri dəyişdirmək üçün Təl-Əvivdə küçələrə axışıblar

Etirazçı sionistlər bir daha Təl-Əvivdə sionist rejimin baş nazirinin siyasətlərinə qarşı nümayiş keçirərək müharibənin dayandırılmasını və hərtərəfli əsir mübadiləsi sazişinin imzalanmasını tələb ediblər.

Sionistlər Təl-Əvivdə nümayiş keçirməklə baş nazir Binyamin Netanyahunun kabinetinin siyasətlərinə etiraz edərək, əsirlərin dəyişdirilməsi sazişinin həyata keçirilməsini, müharibənin dayandırılmasını və əsirlərin mübadiləsinə dair hərtərəfli sazişin imzalanmasını tələb ediblər.

Digər tərəfdən, sionist rejim müxalifətinin rəhbəri Yair Lapid deyib: Netanyahunun bu həftə Ağ Evə səfərində bir məqsədi olmalıdır, o da girovları geri qaytarmaqdır.

Bu xüsusda sionist əsirlərin ailələri vurğuladılar: Uşaqlarımız öz evlərinə qayıtmalı, Benyamin Netanyahu isə vəzifəsini tərk edərək evinə getməlidir.

Bu ailələr dedilər: Biz Trampa deyirik ki, Netanyahu sizə "hərbi təzyiqin girovları xilas edəcəyini" söyləyərkən, yalan danışır. Girovları qaytarmaq və müharibəni bitirmək mümkün idi, amma Netanyahu öz maraqlarını üstün tutdu, o, bütün uşaqlarımızı azad etməli olan müqavilənin ikinci mərhələsini məhv etdi.