İsrail yenə çadırları bombaladı

İsrail ordusunun Qəzzanın cənub bölgəsində məcburi köçkün fələstinlilərin çadırını bombalaması nəticəsində 3-ü uşaq olmaqla 6 fələstinli şəhid olub.

Səhiyyə sahəsindəki mənbələrdən əldə edilən məlumata görə, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin Mavasi bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı çadırları hədəf alıb.

Həkim qrupları İsrailin hücumunda həyatını itirən 3-ü uşaq olmaqla 6 nəfərin, yaralanan 12 nəfərin cəsədini xəstəxanalara çatdırıb.

Səhər saatlarından etibarən İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 24-ə çatıb.