İsrailin hücumları nəticəsində Qəzzada azı 38 fələstinli həlak olub

Cümə günü axşam saatlarından etibarən İsrail Ordusunun Qəzza sektoruna endirdiyi hava zərbələri və artilleriya atəşləri nəticəsində azı 38 fələstinli həyatını itirib.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Qəzza şəhərində yerləşən “Əl-Əhli” xəstəxanasının həkimləri bildirib ki, son hücumlar zamanı yaralananların sayı çox olduğundan xəstəxanada onların müalicəsi üçün artıq yer qalmayıb.