Türkiyədə Fələstinə dəstək yürüşləri keçirilib

HƏMAS-ın çağırışı ilə çoxlu QHT üzvü və minlərlə fələstinli könüllü Türkiyənin müxtəlif nöqtələrində bir araya gələrək Qəzza xalqına dəstək və sionistləri qınayıblar.

İslam Həmrəyliyi Platformasının çağırışı ilə İstanbul Beşiktaş Barbaros Hayrettin Paşa Məscidində günorta namazına toplaşan minlərlə insan təkbir və şüarlar səsləndirərək oradan işğal rejiminin konsulluğunun yerləşdiyi meydana doğru yürüş edib.

Əbuzər Sevenin Quran tilavəti ilə başlayan proqramda danışan Özgür Dərin Baş İdarə Heyətinin sədri Rıdvan Kaya, "Bir il yarımdır ki, sionist dəstə ABŞ və qlobal imperializmin dəstəyi ilə Qəzzada ağlasığmaz zülmlər həyata keçirir. Atəşkəslə ortaya çıxan görüntülər zalımların nə qədər amansız, vəhşi olduğunu göstərdi. İzzəddin Qəssam mücahidlərinin atəşkəs prosesində göstərdikləri səbr, Tramp adlı qatilin dəstəyi ilə atəşkəsi pozaraq daha da böyük vəhşiliklər törətmək məcburiyyətində qaldılar, onlar Ramazan ayının əvvəlindən Qəzzanı tam mühasirəyə aldılar, hər yeri bombalamağa başladılar, yaralıları Fələstin Qızıl Aypara maşınlarından çıxarıb, əl-qolunu bağlayıb öldürdülər, sionistlərin dostu olan qlobal imperialistlər bu zülmləri dəstəklədilər və davam etdirirlər” deyib.

 

Boykot davam etməlidir

Xüsusilə Əqsa əməliyyatından sonra başlayan boykotun bəziləri tərəfindən aşağılandığını, lakin son zamanlar bəzi insanların bu üsula əl ataraq daxili siyasəti zəbt etdiyini xatırladan Çolakoğlu, işğal rejiminə dəstək verən şirkətləri boykot etməyə davam edəcəklərini söyləyib.

"Nə qədər ki, biz ləyaqətli mövqe nümayiş etdirəcəyik, onların qorxuları davam edəcək"