Ənsarullah Qırmızı dənizdə ABŞ hərbi gəmilərini yenə hədəfə aldı

Məlumatı Yəmənin müdafiə nazirliyinin mətbuat katibi Yəhya Səri açıqlayıb

Yəməndəki Ənsarullah (Husilər) hərəkatı, Qırmızı dənizdə ABŞ-a məxsus iki hərbi gəmini raket və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıb.

Hərəkatın silahlı qanadının sözçüsü və faktiki müdafiə nazirliyinin mətbuat katibi Yəhya Səri bildirib ki, hücumlar zamanı hədəf ABŞ-a məxsus iki esmines olub.

Səri həmçinin, İsrailin Yafa bölgəsinə də PUA ilə hücum həyata keçirdiklərini qeyd edib.

Hazırda hücumlar nəticəsində insan və texnika itkisinə dair rəsmi məlumat verilməyib.