Həmas: Qəzzada 19 min fələstinli uşaq şəhid olub

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) 5 aprel “Beynəlxalq Fələstinli Uşaqları Günü”, uşaqların həyatlarının qorunmasına və İsrail rejim başçılarının mühakimə olunmasına çağırıb.

HƏMAS bununla bağlı yaydığı bəyanatında bildirib: “Sionist rejimin fələstinli uşaqlara qarşı cinayətləri zaman keçdikcə dayanmayıb və biz bu rejimin başçılarının mühakimə olunmasını tələb edirik.”

Hərəkat vurğulayıb: “Qəzzə zolağına təcavüz başlayandan bəri 19 min fələstinli uşaq şəhid olub. Həmçinin Qəzzədə 39 min uşaq valideynlərindən birini və ya hər ikisini itirib.”

Bəyanatda qeyd olunur: “Sionist rejimin beynəlxalq sükut sayəsində cəzadan qaçması Qəzzə zolağında bu rejimin uşaqlara qarşı cinayətlərinin artmasına səbəb olur. Hüquq təşkilatlarını sionist rejimin cinayətlərini ifşa etməkdə üzərinə düşən vəzifələri yerinə yetirməyə və Qəzzə uşaqlarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırırıq.”

Bu yaxınlarda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) də Qəzzə zolağındakı humanitar vəziyyətlə bağlı elan etmişdi ki, bölgə əhalisinin 51 faizi uşaqlardır.