Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nazirlər Şurasının liseylərdə şagirdlərə hicab taxmasına icazə verən və orta təhsildə geyim qaydalarını müəyyən edən intizam qaydalarına etdiyi dəyişikliklər Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib.
ŞKTC Nazirlər Şurasının dünənki iclasından sonra lisey və orta məktəblərdə geyim qaydalarını müəyyən edən qaydalara dəyişiklik edilib.
Rəsmi Qəzetdə dərc edilən və qüvvəyə minən əsasnamə dəyişikliyində qeyd olunub ki, “(Əsasnamə) orta məktəb səviyyəsində təhsil alan təhsil müəssisələrində şagirdlərə öz inanclarına hörmət etməyə və bu inancların tələb etdiyi seçimləri həyata keçirməyə imkan verir.
İlahiyyat təhsili verən Hala Sultan Kolleci ilə bağlı nizamnamədə məktəbli formasının məktəb rəhbərliyi tərəfindən müəyyən edilərək Milli Təhsil Nazirliyinə təklif ediləcəyi və qərarın Nazirlik tərəfindən veriləcəyi qeyd edilib.
Əsasnamədə orta məktəblərdə formaların məktəb rəhbərliyi tərəfindən müəyyən ediləcəyi qeyd olunub və hicab məsələsi ilə bağlı təşəbbüs bütünlüklə məktəb rəhbərliyinə verilib.
ŞKTC Milli Təhsil Nazirliyi nizamnamə dəyişikliyi ilə bağlı məktəblərə və birliklərə bir sirkulyar göndərildiyini açıqlayıb.
Sirkulyarda "Geyim elementlərindən şagirdin sifətinə, şəxsiyyətinə və ünsiyyət bacarıqlarına mane olmayan sadə şəkildə istifadə edilməlidir. Tədris mühitində üzü tamamilə örtən geyimlərdən (örtük, burka, niqab) istifadə qadağandır" deyilir.
Nazirlər Şurası bəyanatla çıxış edib
Nazirlər Şurasının dünənki iclasından sonra təşkil edilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi və maliyyə naziri Özdemir Berova, hazırlanan əsasnamə ilə icbari təhsil çağında olan şagirdlərin geyimini müəyyən etmə səlahiyyətinin tamamilə məktəb rəhbərliyinə verildiyini, orta məktəb şagirdlərinin isə məktəb forması ilə yanaşı, inanclarının tələb etdiyi müəyyən paltarları geyinməkdə sərbəst olduğunu bildirib.
Berova qeyd edib ki, sözügedən qaydada "Şagirdlərin xarici görünüşü və geyim tərzi qaydaları təhsildə bərabər imkanlara maneə yaratmamalı və pedaqoji prinsiplərə uyğun olmalıdır. Təhsil mühitində xarici görünüş və geyim tərzi ilə bağlı hər hansı ayrıseçkilik yolverilməzdir". O, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və ŞKTC Konstitusiyasının prinsiplərinə uyğun hazırlandığını əlavə edib.
Xatırladaq ki, ŞKTC-də bir şagirdin hicablı olduğu üçün İrsen Küçük Orta Məktəbinə buraxılmamasından sonra Nazirlər Şurası hicab taxmağı qadağan edən köhnə nizam-intizam qaydasında dəyişiklik edərək şagirdlərin baş örtüyü və ya bandana ilə məktəbə daxil olmasına qərar verib.
Şimali Kipr Türk Cümhuriyyəti liseylərdə hicaba icazə verilib