KİV: Qəzzada xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb

Qəzza zolağındakı xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb.

Bu barədə İranın "Tasnim" agentliyi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, Qəzza xəstəxanalarında əsas dərman ehtiyatları tamamilə tükənib. Xüsusilə, birinci dərəcəli tibbi ləvazimatların 59%-i, xərçəng və qan xəstəliklərinə qarşı dərmanların isə 54%-i qurtarıb.

Hazırda 80 mindən çox şəkərli diabet xəstəsi və yüksək qan təzyiqindən əziyyət çəkən 110 min şəxs həyati vacib dərmanları ala bilmir.

Qəzza Səhiyyə Nazirliyi bu böhranın əsas səbəbinin İsrailin anklava giriş məntəqələrini bağlaması, xəstəxana və klinikalar üçün nəzərdə tutulan humanitar, o cümlədən tibbi yardımların qarşısını alması olduğunu bildirib.