ÇL: “Barselona” və PSJ qələbə qazanıb

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Bu gün daha 2 görüş baş tutub.

"Barselona" evdə Dortmund "Borussiya"sını qəbul edib. Kataloniyalılar rəqibinə heç bir şans tanımayıb. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.

"Aston Villa" isə PSJ səfərinə yollanıb. İlk hissəsi heç-heçə görüşün qalibi Fransa təmsilçisi olub. Görüş parislilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

23:00. "Barselona" - "Borussiya" 4:0

23:00. PSJ - "Aston Villa" 3:1

 

 

APA